Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb - BBN

Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 72 milyard 429,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,9 % çoxdur.

BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 % azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 % artım qeydə alınıb.

ÜDM-in sahələr üzrə pay bölgüsü belədir:

  • 35 % – sənaye

  • 10,1 % – ticarət və nəqliyyat vasitələrinin təmiri

  • 7 % – nəqliyyat və anbar təsərrüfatı

  • 6,3 % – kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

  • 6 % – tikinti

  • 2,8 % – turistlərin yerləşdirilməsi və ictimai iaşə

  • 1,8 % – informasiya və rabitə

  • 21,1 % – digər sahələr

Bundan əlavə, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 %-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 7 077 manat olub.

Related posts

Yaxın Şərqdə hərbi gərginlik enerji bazarlarını silkələyir: Neft 140 dollara çata bilər

Fevralda Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

BVF Ukraynaya 8,1 milyard dollarlıq kredit çərçivəsində islahatların icrasını vacib sayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı