Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 %-dən çox artıb - BBN

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard 911,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çox investisiya yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,4 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 15 % artıb.

Yanvar-iyul aylarında istifadə olunmuş investisiyanın 5 milyard 46,1 milyon manatı və yaxud 50,9 %-i məhsul istehsalı sahələrinə, 3 milyard 335,2 milyon manatı və yaxud 33,7 %-i xidmət sahələrinə, 1 milyard 530,5 milyon manatı və yaxud 15,4 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 598,7 milyon manatını və yaxud 76,7 %-ni daxili investisiyalar təşkil edib, 7 milyard 822,3 milyon manatı və yaxud 78,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Related posts

Azərbaycanda xarici dövlət borcu 7,5 % azalıb

Azərbaycanda ÜDM 0,3 % azalıb

Azərbaycanda əsas kapitala investisiyalar 14,9 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı