Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan İtaliya ilə qarşılıqlı investisiyaların təşviqi üzrə perspektivləri müzakirə edib - BBN

Azərbaycan İtaliya ilə qarşılıqlı investisiyaların təşviqi üzrə perspektivləri müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin reallaşdırılması, həmçinin enerji, sənaye, innovasiya və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri çərçivəsində iqtisadi əlaqələrin davamlı inkişafını vurğulayıblar. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub və enerji sahəsində mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Bildirilib ki, Azərbaycanda formalaşan əlverişli investisiya mühiti iki ölkə arasında tərəfdaşlığın daha da genişlənməsinə imkan yaradır.

Related posts

Dünya nəhəngi “Bank of China” ilə Azərbaycan bankları arasında yeni dövr başlayır!

Ölkə banklarının faiz gəlirləri 18%-dək artıb

Azərbaycanda debet kartlarının sayı 13% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı