Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb - BBN

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi Zaur Allahverdiyev 2024-cü il üzrə Amerika Birləşmiş Ştatlarının “Hubert Hamfri” Tələbə Təqaüd Proqramını qazanıb.

Dünyanın ən prestijli təqaüd proqramlarından sayılan “Hubert Hamfri”nin məzunları arasında nobel mükafatçıları, ölkə başçıları yer alıb. Qeyd edək ki, təqaüdün məbləği 75 min ABŞ dolları təşkil edir.

Zaur Allahverdiyev 2013-cü il Dünya Startap müsabiqəsinin mükafatçısı, 2014-cü ildə Respublika kompüter bilikləri olimpiadasının qalibi və 2022-ci ildə isə Malayziya hökumətinin MTCP təqaüd müsabiqənin qalibi olub. 2023- cü ildə Yaponiyanın JICA proqramının məzunudur.

Hazırda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnformasiya texnologiyaları şöbəsində çalışır.

O, qazandığı təqaüdlə bağlı təəssüratlarını bölüşüb:

“Hazırda İnformasiya texnologiyaları sahəsində dövlət sektorunda çalışan peşəkar biri olaraq, Maksvel Vətəndaşlıq və İctimaiyyətlə Əlaqələr Məktəbində təhsil alacağım bir il ərzində xidmətlərin və informasiya sistemlərinin yaradılması və istifadəsi zamanı daha əlçatan, innovativ və təhlükəsiz qaydalar ilə təşkili istiqamətində xüsusi yanaşmaların tətbiqini öyrənəcəyəm.

Bu istiqamətdə dünya təcrübəsində mövcud olan siyasət sənədlərinin hazırlanma prosesini, idarəçilik və liderlik sahələrində bacarıqlarımı genişləndirməyi arzu edirəm”.

Related posts

Üç texnologiya nəhəngi OpenAI-ə 110 milyard dollarlıq investisiya yatırdı

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı