Azərbaycan kürüsünün Avropa bazarına ixrac icazəsi davam edəcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəmizin ixrac potensialını yüksəltmək və respublikamızda istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirdiyi tənzimləmə və nəzarət tədbirləri davam etdirilir.

Tədbirlər çərçivəsində Agentlik tərəfindən 2023-cü il ərzində balıqyetişdirmə müəssisələrindən (akvakulturadan) əldə olunan kürü məhsullarına dair Monitorinq Planı hazırlanıb və uğurla icra edilib. Nəticədə ölkəmizdən Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixracı üzrə icazənin 2024-cü il üzrə davam etdiriləcəyi bildirilib. Bununla da, Azərbaycanda Avropa İttifaqının tələblərinə uyğun fəaliyyət göstərən qida obyektlərində istehsal olunan kürü məhsullarını İttifaq ölkələrinə ixrac etmək üçün növbəti dəfə imkan yaranıb.

Xatırladaq ki, ilk dəfə 2022-ci il üzrə icra olunmuş monitorinq nəticələri Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Direktorluğu tərəfindən təhlil olunduqdan sonra Azərbaycan Respublikasının adı “Avropa Parlamentinin və Şurasının 2017/625 saylı Qaydasına uyğun olaraq, insan istehlakı üçün nəzərdə tutulmuş heyvan mənşəli məhsulları Avropa İttifaqına daxil olmasına icazə verilmiş üçüncü tərəf ölkələrin və ya onların regionlarının siyahıları”nın 2021/405 nömrəli qaydasının müvafiq əlavəsinə daxil edilmişdir.

Qeyd edək ki, Avropa İttifaqına daxil olan dövlətlərə heyvan mənşəli qida məhsullarının göndərilməsinə icazə verilməsi üçün üçüncü tərəf ölkələrin qida təhlükəsizliyi üzrə qanunvericiliyi, habelə bu sahədə aparılan nəzarət və tənzimləmə tədbirləri Avropa qanunvericiliyinə uyğunlaşdırılmış olmalıdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı