Azərbaycan məhsulları “Global Village” Beynəlxalq Yarmarkasında

Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş olunur. 

Artıq 3-cü ildir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarkada bir sıra yerli şirkətlərin məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər və s. “Made in Azerbaijan” brendi ilə təqdim edilir. 

Dubaya səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Global Village” yarmarkasında sərgilənən yerli məhsullarla tanış olub. 

Qeyd edək ki, 1996-cı ildən təşkil olunan “Global Village” hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Bu il yarmarkaya 5 milyona yaxın ziyarətçinin gəlməsi gözlənilir. KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən yarmarkada öz məhsullarını nümayiş etdirir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı