Azərbaycan məhsulları “Prodexpo 2020” beynəlxalq sərgisində

Bu gün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə emalı, müxtəlif növ şərablar və digər spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkəti çoxsaylı çeşiddə məhsulunu “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Qeyd edək ki, fevralın 14-dək davam edəcək “Prodexpo 2020” sərgisinə dünyanın 70 ölkəsindən 2600-dək iştirakçı qatılıb.

Related posts

Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Bu ilin 10 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Nazir Rəşad Nəbiyev BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı