Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 189,7 milyon manat xalis mənfəət əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,75% çoxdur.
Hesabat dövründə bankların əməliyyat gəlirləri 1 milyard 167,7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 10,4% artım deməkdir. Eyni zamanda, əməliyyat xərcləri 10% artaraq 851,3 milyon manata çatıb.
Banklar tərəfindən xüsusi ehtiyatlara ayırmalar 79,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,8% çoxdur.
Bununla yanaşı, bank sektorunun digər gəlirləri 0,1 milyon manat təşkil edib (ötən ilin eyni dövründə bu göstərici olmayıb), mənfəət vergisi ödəmələri isə 9,4% artaraq 47,7 milyon manata yüksəlib.