Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan banklarında aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması IFRS-ə uyğun olacaq - BBN

Azərbaycan banklarında aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması IFRS-ə uyğun olacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti banklarda yerli aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS, IFRS) 9-cu Standartına uyğunlaşdırılması məqsədilə “Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında MHBS 9-un tətbiqi üzrə Metodoloji Rəhbərlik”i təsdiqləyib.

Bildirilib ki, “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası çərçivəsində təsdiqlənən Metodoloji Rəhbərliyin tətbiqi IFRS standartlarının prudensial tənzimləmə və hesabatlılıq sisteminə inteqrasiyasında ilk addımlardan biridir. Yeni yanaşma prudensial tənzimləmənin qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğunu təmin etməklə yanaşı, bank sistemində hesabatlılıq və şəffaflığın artırılmasına, eləcə də beynəlxalq müstəvidə banklar arasında müqayisəliliyin gücləndirilməsinə xidmət edəcək.

Sənəddə banklarda aktivlərin prudensial nəzarət məqsədləri üçün IFRS 9-a uyğun təsnifləşdirilməsi və müvafiq ehtiyatların yaradılması üzrə vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. Qeyd olunub ki, 2026-cı ildən etibarən banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların formalaşdırılması həm IFRS 9 standartı, həm də mövcud prudensial tələblər əsasında paralel şəkildə həyata keçiriləcək.

AMB tərəfindən banklara zəruri metodoloji dəstəyin göstərilməsi və Metodoloji Rəhbərliyin tətbiqi ilə bağlı yaranan sualların cavablandırılması məqsədilə IFRS 9-a uyğun hesabatların hazırlanmasına cavabdeh olacaq bank mütəxəssisləri ilə görüşlər keçirilib, praktik məsələlər geniş müzakirə olunub.

Related posts

“MERKURİ BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Islamic Development Bank ilə Azərbaycan arasında prioritet layihələr müzakirə olunub

Sabah fevral ayının ödənişləri yekunlaşdırılacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı