Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı: Dedollarizasiya davam etməlidir, amma tam deyil - BBN

Azərbaycan Mərkəzi Bankı: Dedollarizasiya davam etməlidir, amma tam deyil

Azərbaycan Mərkəzi Bankı bank sektorunda dedollarizasiya prosesinin sona qədər getməsində, yəni bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil.

BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, 2025-ci ilin sonunda rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin xüsusi çəkisi təxminən 28% təşkil edib ki, bu da 2024-cü ilin yekunu ilə müqayisədə 2,6 faiz bəndi azdır.

“Bizim hədəfimiz 20-25%-dir. Dedollarizasiya prosesinin davam etməsini istəyirik, amma bunun sona qədər getməsini istəmirik. Çünki iqtisadiyyatın xarici valyutada kreditlərə tələbatı var. Hazırda bu tələbatın xüsusi çəkisi 14%-dir”, – deyə sədr bildirib.

T. Kazımov qeyd edib ki, hazırda bank sektorunda dollar likvidliyi ilə bağlı problem yoxdur. Hüquqi şəxslərin vəsaitləri də nəzərə alınmaqla dollarlaşma səviyyəsi 41% təşkil edir.

“Əlavə 27% dollar payı var ki, xarici qiymətli kağızlara investisiya olunub. Bizim tələbimiz ondan ibarətdir ki, banklar xarici valyutada kreditləri yalnız həmin valyutada gəliri olan fiziki və hüquqi şəxslərə, yaxud hecləşdirilmiş və sığortalanmış formada təqdim etsinlər”, – deyə o vurğulayıb.

AMB sədri əlavə edib ki, real sektorda xarici valyuta kreditlərinə tələbat artacağı halda, bankların da dollarla depozit cəlb etməyə marağı yüksələ bilər. Onun sözlərinə görə, hazırda bazarda məhz belə bir situasiya müşahidə olunur.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı