Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı ilə Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb - BBN

Azərbaycan Mərkəzi Bankı ilə Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov və sədrin müşaviri Ülvin Əliyev Qazaxıstanda işgüzar səfərdədir. AMB nümayəndə heyəti Astana şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasının toplantısında və ikitərəfli görüşlərdə iştirak edəcək.

Səfər çərçivəsində AMB sədrinin Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova ilə görüşü keçirilib. Görüş zamanı maliyyə bazarının tənzimlənməsi və nəzarəti sahəsində mühüm məsələlər və ikitərəfli maraq doğuran mövzular müzakirə olunub.

Görüşün sonunda əməkdaşlığın dərinləşdirilməsi məqsədilə qurumlar arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində maliyyə bazarının vəziyyəti və inkişafı, maliyyə bazarının tənzimlənməsi və nəzarətinin standartları və tələbləri, həmçinin bu sahənin innovativ mexanizmləri üzrə məlumat mübadiləsinin aparılması, eləcə də bazar iştirakçılarının fəaliyyətinə nəzarət və monitorinqi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Memorandum həmçinin istehlakçıların və investorların hüquqlarının müdafiəsi, o cümlədən kadrların peşəkar inkişafı sahəsi üzrə təcrübə mübadilələrinin, təlim və seminarların, birgə tədqiqat və bilik mübadilələrinin genişləndirilməsini də əhatə edib.

Anlaşma Memorandumu iki ölkənin maliyyə bazarlarının dayanıqlı inkişafına töhfə verəcək.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı