Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı "Naxçıvanbank"ın kreditorlarına müraciət edib - BBN

Azərbaycan Mərkəzi Bankı “Naxçıvanbank”ın kreditorlarına müraciət edib

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Naxçıvan Bank” ASC-nin kreditorlarına müraciət edib.

BBN.az AMB-yə istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən, “Naxçıvan Bank”ın maliyyə göstəriciləri qənaətbəxş olub, onun likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib. Beləliklə, bankın BOKT-a çevrilməsi onun səhmdarlarının qəbul etdiyi biznes qərarından irəli gəlib və “Bankların yenidən təşkili haqqında Qaydalar” əsasında həyata keçirilib. Bununla bağlı 22 may 2024-cü il tarixində AMB Qaydalarla nəzərdə tutulmuş formada “Naxçıvan Bank”a qabaqcadan razılıq verib. Yenidən təşkil çərçivəsində “Naxçıvan Bank” öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planını təsdiq edərək icrasına başlayıb, kreditorlarını bu barədə məlumatlandırıb. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858 manat ekvivalenti) AMB-yə açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəlikləri isə bank icra edib.

AMB-yə açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543 manat ekvivalentində) və 1 918 fiziki şəxsə (cəmi 270 520 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə bu gündən AMB-nin Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bül-Bül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər”.

Related posts

Yaxın Şərqdə hərbi gərginlik enerji bazarlarını silkələyir: Neft 140 dollara çata bilər

BVF Ukraynaya 8,1 milyard dollarlıq kredit çərçivəsində islahatların icrasını vacib sayır

ABŞ–İsrailin İrana zərbələrindən sonra qızıl 2% bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı