Azərbaycan Mərkəzi Bankı ödəniş kartlarının istifadə müddətinin artırılmasına icazə verib

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir:

“ Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bankların filial və şöbələri vasitəsilə bank-müştəri münasibətlərinin minimallaşdırılması zəruridir.

Bununla əlaqədar olaraq banklar tərəfindən istifadə müddəti cari ilin mart – may ayları ərzində başa çatan ödəniş kartlarının istifadə müddəti 2020-ci ilin iyul ayına qədər artırıla bilər.

Əlavə olaraq, müştərilərin istəyi ilə yeni emissiya edilmiş kartlar bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırıla bilər. ”

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı