Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - BBN

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanmışdır.

Əsas ixrac qiymətlərinin artdığı şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabında profisit əhəmiyyətli artmaqdadır. 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır. Proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir. Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır. Əvvəlki toplantılarda Mərkəzi Bankın pul siyasətinin sərtləşməsi ilə bağlı qərarlarının da inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam edir. Qiymətləndirmələrə görə artmaqda olan inflyasiya əsasən ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımlarından təsirlənir. Xarici sektor göstəricilərində pozitiv meyilləri və inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğunu nəzərə alaraq faiz dəhlizinin parametrləri dəyişməz saxlanılmış, cari ilin sonuna pul kütləsinin tənzimləməsi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcəkdir.

Related posts

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib

“Expressbank”ın sponsorluğu ilə “ASAN xidmət”in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

RABİTƏBANK RAMAZAN VƏ NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı