Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası COP29-da Dayanıqlı maliyyə taksonomiyaları üzrə qlobal tədbir təşkil edəcək

Noyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı tədbir təşkil edəcək. Maliyyə, İnvestisiya və Ticarət Günündə keçiriləcək bu tədbir dünya miqyasında dayanıqlı maliyyə çərçivələrinin əlaqəliliyini artırmaqla yaşıl keçidin irəliləyişinə dair müzakirələr üçün effektiv platformaya çevriləcək.

Azərbaycan Mərkəzi Bankı COP29-a ev sahibliyi edən ölkənin mərkəzi bankı olaraq BMK tərəfindən dəstəklənən Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi, Dayanıqlı Maliyyə Beynəlxalq Platforması, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə tərəfdaşlıqda “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin artırılması üzrə Yol Xəritəsi”nin təşəbbüskarı kimi çıxış edib. Əlavə olaraq böyük məmnunluqla taksonomiyanın qarşılıqlı effektivliyinin artırılması üzrə həyata keçirilən layihədə fəal iştirak edən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsünün də dəstəyini xüsusi vurğulayırıq.

Yol Xəritəsinin məqsədi dayanıqlı maliyyə çərçivələri ilə bağlı müxtəlif səyləri əlaqələndirmək, daha aydın, praktiki və mütəşəkkil fəaliyyətlər vasitəsilə onları operativləşdirməkdir.

Tədbir “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin artırılması üzrə Yol Xəritəsi”ni elan etmək üçün yüksək səviyyəli platformaya çevriləcəkdir. Müxtəlif yurisdiksiyalarda dayanıqlı maliyyə taksonomiyalarının sürətli inkişafı nəticəsində yaranan çağırışları və imkanları müzakirə etmək məqsədi daşıyan tədbir dayanıqlı maliyyəyə koordinasiya edilmiş qlobal yanaşmanı dəstəkləmək üçün maraqlı tərəflərin öhdəliklərini təsvir edəcək.

Bu tədbirdə yalnız Mavi Zonada akkreditasiyadan keçmiş şəxslər iştirak edə bilər.

Tarix: 14 noyabr 2024-cü il

Vaxt: 14:00-15:00

Məkan: Bakı Olimpiya Stadionu, Mavi Zona, Azərbaycan pavilyonu, A otağı

Bu tədbir haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: https://www.cbar.az/page-865/cop29

Related posts

Mərkəzi Bankdan “Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Sığorta sahəsində növbəti attestasiya keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı