Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı: Vaxtı keçmiş kreditlər 562 milyon manata yüksəlib - BBN

Azərbaycan Mərkəzi Bankı: Vaxtı keçmiş kreditlər 562 milyon manata yüksəlib

Close-up of female hand holding ballpoint pen and using calculator, papers lying on table

Bu ilin mart ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında qeyd olunub.

Məlumata görə, bu göstərici fevralın 1-i ilə müqayisədə 0,8% artıb. Xatırladaq ki, cari ilin fevral ayının əvvəlinə vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat olub.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, problemli kreditlərin həcmi artsa da, onların ümumi kredit portfelində payı aşağı səviyyədə qalır və 3%-dən aşağıdır.

Onun sözlərinə görə, son 12 ayda bu göstərici 2,5-2,8% intervalında dəyişib. Biznes kreditlərində problemli kreditlərin payı 3%, istehlak kreditlərində 3,3%, ipoteka kreditlərində isə 0,7% təşkil edir.

İqtisadçı qeyd edib ki, problemli kreditlərin məbləğinin artması arzuolunan hal olmasa da, hazırkı vəziyyət narahatedici deyil. Bu artımın əsas səbəbləri kimi inflyasiya, əhalinin nominal gəlirlərinin artım tempinin aşağı olması (təxminən 1,4%), eləcə də son illərdə kredit faiz dərəcələrinin 25-30% artması göstərilir.

X. Kərimli əlavə edib ki, ümumi kredit portfelində 15-18% artım müşahidə olunduğuna görə verilən kreditlərin həcmi də yüksəlir və bu, problemli kreditlərin məbləğinin artmasına təsir göstərir.

Related posts

I rübdə “Bakı Fond Birjası”nın dövriyyəsi 12 mlrd. manata yaxınlaşıb

AMB nin departament direktor müavini Elçin Güləliyev Mərkəzi Bankın qərarını “AzTV İqtisadiyyat”da şərh etdi

Azərbaycan Mərkəzi Bankı: Sürətli pul köçürmələri ilə banklara daxilolmalar artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı