Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankında ödəniş xidmətləri bazarındakı vəziyyət müzakirə edilib - BBN

Azərbaycan Mərkəzi Bankında ödəniş xidmətləri bazarındakı vəziyyət müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüşüb. Bunu AMB-nin sədri “Twiter”də bildirib.

Onun sözlərinə görə, görüşdə ölkənin maliyyə sisteminin davamlı inkişafının təmin olunması, ödəniş xidmətlərinin genişləndirilməsi, bank olmayan ödəniş xidməti təchizatçılarının bazarda rolunun gücləndirilməsi müzakirə edilib, fintex nümayəndələrinin qanunvericiliklə bağlı, həmçinin cari fəaliyyətlərində qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb. AMB-nin ödəniş xidmətləri bazarlarının inkişafı istiqamətində apardığı islahatlar və həyata keçirtdiyi layihələr, habelə nağdsız ödənişlərin genişləndirilməsi üzrə təşəbbüslər barədə məlumat verilib.

Related posts

Avropa Yenidənqurma və İnkişaf Bankı-nın Azərbaycandakı kredit portfeli 895 milyon avroya düşüb

S&P Azərbaycan bank sektorunun qiymətləndirilməsini yüksəldib

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı