Azərbaycan Mikromaliyyə Assosiasiyası(AMFA) 3 aylıq “Təcrübə Proqramını” elan edir!

Əziz dostlar, iş təcrübəniz yoxdur deyə məyus olmayın!Öz ilkin karyera addımlarınıızı bizimlə başlaya bilərsiniz!

AMFA 16 ildir ki, maliyə sektorunda fəaliyyət göstərən biznes assosiasiyadır. Assosiasiyanın Bank, Bank Olmayan Kredit Təşkilatlarıdan ibarət  32 üzvü vardır.

AMFA-nın missiyası Mikromaliyyə təşkilatlarının və onun müştərilərinin potensialının gücləndirilməsi və mikromaliyyə icmasının maraqlarının qorunmasına yönəldilmiş  kollektiv təşəbbüsləri təşviq etməkdir.

“Inzibati işlər üzrə “ Təcrübə proqramının iştirakçılarına olan  tələblər:

  1. Ali təhsil (İqtisadi sahələrə üstünlük veriləcəkdir);
  2. Məsuliyyətli olmaq;
  3. Kollektivdə işləmək bacarığı;
  4. İşdə dəqiqlik və detallara fikir vermə;
  5. Azərbaycan və İngilis dillərində səlis yazma bacarığı ;
  6. MS Word, Excel və Power Point proqramlarında işləmək bacarığı;
  7.  İnkişafa meyilli;

Vəzifə öhdəlikləri:

  • Assosiasiyanın keçirdiyi tədbir və layihələrə dəstək göstərmək;
  • Ofis proqramlarında məlumatların yığılması;
  • Telefon danışıqlarının aparılması;
  • Məqalə,press-reliz, veb səhifəsi üçün hekayələrin və sosial media üçün mətnlərin hazırlanması;

Təcrübə Proqramında nə əldə edəcəksiniz:

  • Mehriban kollektivdə real iş şəraitində təcrübə keçmək imkanı ;
  • MS Excel, MS Word və MS Outlook proqramları üzrə bilik və bacarıqlarınızı inkişaf etdirəcəksiniz;
  • İngilis dili üzrə söz ehtiyatınız genişləndiricəksiniz;
  • Tədbirlərin keçirilməsi və idarəedilməsi üzrə praktiki təcrübə qazanaqsınız;
  • Keçirdiyimiz tədbirlərdə iştirak etmək imkanı;

Təcrübə proqramını uğurla başa vuranlara Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən sertifikat və tövsiyyə məktubu təqdim olunacaqdır.

Təcrübə proqramı həftədə 5 dəfə olmaqla ( 09:00- 18:00) əhatə edir.

Maraqlanan şəxslər CV-ni “Könüllü”  başlığı altında member_services@amfa.az   mail ünvanına göndərə bilərlər.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı