Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2.91 dollar, yaxud 3.40% azalaraq 82.68 dollar olub. Dünən hərracların nəticələrinə görə Brent markalı neftin fevral fyuçersləri 78.01 dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Related posts

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılıb

Azərbaycan neftinin qiyməti bahalaşıb

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisə təsis edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı