Azərbaycan nefti ötən həftə 3%-yə yaxın bahalaşıb

Ötən həftə ərzində (28 avqust – 1 sentyabr) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 91 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,618 dollar və ya 2,96%, yaxud 3%-ə yaxın çoxdur.

BBN.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (V gün) – 93,5 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 89,21 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Related posts

ABB Tam Visa kartını təqdim etdi

Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

İndi aviabiletlər də “ABB Business”də alınır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı