Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.07 dollar, yaxud 0.08% azalaraq 91.15 dollar olub. Dünən hərracların nəticələrinə görə Brent markalı neftin dekabr fyuçersləri 88.02 dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Related posts

Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir

“AmCham”: Maliyyə sektorunda texnologiya və innovasiyalardan istifadə zərurətdir

Azərbaycan “Al-Hidayah Group”la İslam bankçılığının inkişafını müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı