Azeri Light markalı Azərbaycan neftinin qiyməti dünya bazarlarında bahalaşıb.
“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,21 ABŞ dolları və ya 0,3% artaraq 70,08 ABŞ dollarına çatıb.
Qeyd edək ki, ötən qiymət 69,87 ABŞ dolları səviyyəsində olub.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.