Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları, yaxud 0,74% artaraq 82,96 ABŞ dolları təşkil edib.

BBN.az bu barədə neft bazarındakı mənbəyə istinadən xəbər verir.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 82,28 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Related posts

Dünya bazarlarında neft bahalaşıb

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçiriləcək

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı