Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1.40 dollar, yaxud 1.67% artaraq 85.35 dollar olub. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 79.32 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı