Azərbaycan neftinin qiyməti 86 dollardan aşağı düşüb

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1.13 dollar, yaxud 1.3% azalaraq 85.73 dollar olub. Dünən hərracların nəticələrinə görə Brent markalı neftin yanvar fyuçersləri 82.34 dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Related posts

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibəti ilə təbrik edib

Bank icması Azərbaycan Banklar Assosiasiyasının 35 illiyini qeyd edir

“PAŞA Bank” və “Kapital Bank”ın rəhbərliklərində dəyişiklik olub