Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,36% artaraq 88,76 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 82,89 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.