Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,14 ABŞ dolları, yaxud 0,18% artaraq 78,18 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin iyul fyuçersləri 75,23 ABŞ dollarına satılıb.