Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Polşa və Şimali Makedoniya ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək - BBN

Azərbaycan Polşa və Şimali Makedoniya ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa və Şimali Makedoniyada səfərdə olub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa və Şimali Makedoniyada səfərdə olub. Səfərdə məqsəd ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək, aqrar sahənin müxtəlif istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək olub.

Nazir Məcnun Məmmədov ilk öncə Polşanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Robert Telus ilə görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycanla Polşa bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Mövcud potensialı düzgün dəyərləndirməklə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq mümkündür. Görüşdə aqrar sahədə elmi tədqiqatlar, təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası, aqrar innovasiyalar, kənd təsərrüfatının rəqəmsallaşdırılması və digər mövzularda səmərəli müzakirələr aparılıb, kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniya Respublikasına səfər çərçivəsində bu ölkənin kənd təsərrüfatı, meşə və su ehtiyatları naziri Lyubço Nikolovski ilə görüşüb. Tərəflər ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşün sonunda Azərbaycanla Şimali Makedoniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandum iki ölkə arasında aqrar sahəya dair birgə işçi qrupunun yaradılmasını, bitkiçilik, heyvandarlıq, aqrar təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası və digər sahələrdə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.

Nümayəndə heyəti səfər çərçivəsində Polşa və Şimali Makedoniyanın aparıcı kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə tanış olub, kənd təsərrüfatı tullantılarının azaldılması, su və torpaq resurslarından səmərəli istifadə, innovativ ekoloji həllər, tətbiq olunan uğurlu təcrübələr barədə fikir mübadiləsi aparıblar.

Related posts

Bakı Fond Birjası PAŞA Bank səhmlərin İlkin Kütləvi Təklif (IPO) yolu ilə yerləşdirilməsi tədbirində iştirak edib

Şimali Makedoniya və Azərbaycan rəqəmsal əməkdaşlığın prioritetlərini müəyyən edib

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı