Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Prezidenti müsabiqənin elektron informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb - BBN

Azərbaycan Prezidenti müsabiqənin elektron informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında fərman imzalayıb.

Sənədə əsasən, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.

Nazirlər Kabineti ERİS haqqında əsasnamənin layihəsini hazırlayıb, altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi isə altı ay müddətində ERİS-in formalaşdırılmasını həyata keçirməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, ERİS-in “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.

Bundan başqa, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ERİS-i mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və onun təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, ERİS-in informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görməlidir.

ERİS-in sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirəcək, onun yaradılması və saxlanılması ilə bağlı xərclər Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına olacaq.

Related posts

Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 865,4 minə çatıb

“Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı