Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısına qatılıb - BBN

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısına qatılıb

Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkə üzrə rəhbəri olduğu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) bu gün Yunanıstanın Saloniki şəhərində işə başlamış Rəhbərlər Şurasının 16-cı Xüsusi Toplantısında iştirak edir.

BBN.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, tədbirin gündəliyinə Bankın abunə kapitalının artırılması, 2023-2026-cı illər üçün Ortamüddətli Strategiya və Biznes Planının 2023-2024-cü illəri əhatə edən 1-ci mərhələsinin təsdiq edilməsi məsələləri daxildir.

QDTİB-i 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər – Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna yaradıb. Baş ofisi Salonikidə yerləşən Bank iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektor layihələrinə kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsi və ticarətin maliyyələşdirilməsində iştirak edir.

Related posts

“Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı