Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu depozit yerləşdirilməsi üzrə hərrac elan edib - BBN

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu depozit yerləşdirilməsi üzrə hərrac elan edib

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) pul vəsaitlərinin milli valyuta və ABŞ dollarında kommersiya banklarının depozitlərində yerləşdirilməsi üzrə hərrac elan edib.

Məlumata əsasən, fond 150 milyon qırğız somu və ya 1,7 milyon ABŞ dolları məbləğində vəsaiti iki lot üzrə yerləşdirməyi planlaşdırır: 9 ay müddətinə 100 milyon qırğız somu (1,1 milyon ABŞ dolları) və 12 ay müddətinə 50 milyon qırğız somu. Hər iki lot üzrə start faiz dərəcəsi illik 11 % səviyyəsində müəyyən edilib.

Bundan əlavə, AQİF 3 milyon ABŞ dollarını da hərraca çıxarıb – hər biri 1 milyon ABŞ dolları olmaqla üç lot, 12 ay müddətinə və illik 4 % başlanğıc faiz dərəcəsi ilə.

Hərracın nəticələrinin təsdiqlənməsi müddəti 19 fevral 2026-cı ilədək müəyyən olunub.

Qeyd edək ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 2022-ci ildə Azərbaycan və Qırğızıstan hökumətləri arasında imzalanmış saziş əsasında iqtisadi əməkdaşlığın dəstəklənməsi və Qırğızıstanda layihələrin həyata keçirilməsi məqsədilə yaradılıb. Fondun nizamnamə kapitalı 100 milyon ABŞ dollarına qədər artırılıb.

Fond 5-7 illik müddətə 200 min ABŞ dollarından 20 milyon ABŞ dollarına qədər olan layihələrə investisiya yatırır. Qərargahı isə Bişkek şəhərində yerləşir.

Related posts

“S&P” Azərbaycan Biznesin İnkişafı Fondunun birləşmədən sonra ilk reytinqini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı-nın Azərbaycandakı kredit portfeli 895 milyon avroya düşüb

S&P Global Ratings: 2026-cı ildə Azərbaycanda kreditləşmə 10-12 % artacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı