Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Qiymətləndiricilər Palatası ilə ABA arasında görüş keçirilmişdir - BBN

Azərbaycan Qiymətləndiricilər Palatası ilə ABA arasında görüş keçirilmişdir

24 aprel 2025-ci il il tarixində ABA-nın və Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyi, üzv bankların və aidiyatı sturuktur bölmənin rəhbər şəxsləri arasında onlayn görüş keçirilmişdir.

Görüş zamanı Palatanın fəaliyyəti haqqında məlumat verilmiş, qiymətləndiricilərin və bankların maliyyə sektorundakı fəaliyyətləri və qarşılıqlı əlaqələri, hər iki tərəfi maraqlandıran məsələlərin birgə müzakirəsi aparılmışdır. Görüşün nəticəsi olaraq, qarşıya çıxacaq məsələlərin operativ həll edilməsi və tərəflər arasında kommunikasiyanın təmin edilməsi məqsədi ilə birgə İşçi Qrupunun yaradılmasına qərar verilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) və Azərbaycan Dövlət İqtisad Universiteti pilot layihəyə start verdi

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı