Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, ilin yekunlarına əsasən Fondun aktivləri 45 milyard ABŞ dollarını üstələmiş və Fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard ABŞ dolları təşkil
etmişdir (sozügədən gəlirlərin 8,9 milyard ABŞ dolları həcmindəki hissəsi son 10 ildə əldə edilmişdir).

2021-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 15 985,6 milyon manat, büdcə xərcləri isə 11 382,7 milyon manat təşkil etmişdir.

2021-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 894,6 milyon manat, bonus ödənişləri 776,9 milyon manat, akrhesabı ödənişləri 5,3 milyon manat, tranzit gəlirləri 21,4 milyon manat təşkil etmişdir.


Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 287,4 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 20,56%-ni təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 119,3 milyon manat təşkil etmişdir.

Ötən il ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 11 350,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldilmişdir. 2021-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,5 milyon manat təşkil etmişdir.

2022-ci il yanvarın 1-ə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 milyon ABŞ dolları) nisbətən 3,35 % artaraq 45 025,1 milyon ABŞ dollarına bərabər olmuşdur.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı