Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyinat

Mərkəzi Bankın sədri Taleh Kazımovun 208ş nömrəli, 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin edilmişdir.

G.Paşayeva 1 iyun 2022-ci il tarixindən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində çalışmışdır.

  • 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 2010-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin “Kommersiya hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirmişdir. 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını bitirmişdir.
  • Əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də “Port Baku” şöbəsinin kassiri vəzifəsilə başlamış, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentin Korporativ katiblik şöbəsinin kolleqial orqanlar ilə iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmindepartamentin Hüquq şöbəsinin hüquq məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışmışdır.
  • 2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə təyin edilmişdir.
  • 2022-ci ilin iyul ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
  • Ailəlidir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı