Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazları üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir - BBN

Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazları üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir

14 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının abunə yazılışı 15 yanvar 2025-ci il tarixindən başlayaraq 25 fevral 2025-ci il tarixinə kimi baş tutacaqdır. İstiqrazlar üzrə ticarət 28 fevral 2025-ci il tarixindən etibarən keçiriləcəkdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2003019893
İstiqraqzların növü və forması İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı 200,000 (ədəd)
İlkin ticarət qiyməti 1000 ABŞ dolları
Buraxılış həcmi 200,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi 6%
Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) olmaqla
Tədavül müddəti 5 il
Ticarətə buraxılma tarixi İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

Related posts

Fitch: İslam maliyyəsinin Azərbaycan banklarının fondlaşdırma modelinə təsiri yaxın dövrdə məhdud olacaq

Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı