Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

2 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu AZ2105008687
Emissiya həcmi 50 000 000 manat
Nominal qiyməti 1 000.00 manat
Hərrac qiyməti 1 000.00 manat
İstiqrazların tədavül müddəti 7200 gün 
Faiz dərəcəsi  3.25%
Faiz gəlirinin ödəniş müddəti 180 gündən bir (6 aydan bir)
Anderrayter İnvest-Az İ.Ş” QSC

Related posts

Unibank-da Yeni Təyinatlar

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı