Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

6 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2188024700 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,619.3311 (8.48%) manat və 9,657.4813 (7.6%) olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 28,450,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,648.7843(7.8%) manat və orta ölçülmüş qiyməti isə 9,652.0663(7.72%) manat olaraq müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 22.05.2024-cü ildir.

Related posts

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Son 1 ildə Azərbaycanda pul bazası 15% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı