Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

22 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2216024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,438.1152 (6.8%) manat və  98,451.6832 (6.74%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31,800,000  manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,438.1152 (6.8%) manat, orta ölçülmüş qiyməti isə 98,449.0164 (6.75%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 16.05.2024-cü ildir.

Related posts

m10 və “Mastercard” yeni rəqəmsal kartı təqdim edir

Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edib

Investorlar texnologiya zəifləməsi və mərkəzi bank qərarlarını izləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı