Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

12 iyul və 13 iyul 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)  

       ISIN

 

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)  

 Nomi nal

 

Miqdar

Notun ödəniş tarixi
28 AZ2113024700 12.07.2023 30.000.000 10.000 3.000 09.08.2023
84 AZ2114024709 13.07.2023 40.000.000 10.000 4.000 05.10.2023
168 AZ2115024708 12.07.2023 50.000.000 10.000 5.000 27.12.2023
252 AZ2116024707 13.07.2023 60.000.000 10.000 6.000 21.03.2024

 

Hərracda banklarla yanaşı aşağıdakı meyarlara cavab verən hüquqi şəxslər iştirak edə bilər:

  1. Təşkilati-hüquqi forması: kommersiya hüquqi şəxsləri (ASC, QSC, MMC, kooperativlər və s.);
  2. Mülkiyyət mənsubiyyəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın (Meyarlar) 2.2-ci bəndinə uyğun olaraq qeyri-dövlət sektoruna aid olan hüquqi şəxslər;
  3. Əsas iqtisadi fəaliyyət sahəsi: “Maliyyə və sığorta fəaliyyəti” göstərməyən, həmçinin Meyarların 2.1-ci bəndinə uyğun olaraq neft-qaz sektoruna aid edilməyən hüquqi şəxslər;

Hərrac zamanı bir iştirakçı tərəfindən təqdim edilə biləcək rəqabətli sifarişin həcminə

məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı sifarişlərin növünə aşağıdakı məhdudiyyətlər tətbiq olunacaqdır:

-Banklar tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər.

-Banklar istisna olmaqla, digər iştirakçılar tərəfindən 1 rəqabətli və 1 qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Banklar istisna olmaqla, digər iştirakçı tərəfindən verilən qeyri-rəqabətli sifarişin məbləği onun rəqabətli sifarişinin məbləğinin 20%-dən artıq olmamalıdır. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin ümümi məbləği hərraca çıxarılmış həcmin 20%-i səviyyəsində limit müəyyən olunmuşdur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Related posts

Unibankın “Əjdaha” lotereyasındakı 3 mənzili kimlər qazanacaq?

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı