Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

4 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50402796S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 96.5857 (5.05%) və 97.9835 (2.94%) olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 124,984,500 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.9432 (3.00%), orta ölçülmüş qiyməti isə 97.9596 (2.98%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.  

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 11.01.2023-cü ildir.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (03.04.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (02.04.2026)

Wall Street-də “Tramp rallisi”: ABŞ fyuçersləri İranla müharibənin bitmə siqnalı ilə yüksəlir!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı