Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Elektron Büdcə Bələdçisi” portalını istifadəyə verdi - BBN

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Elektron Büdcə Bələdçisi” portalını istifadəyə verdi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın və operativliyin artırılması, vahid informasiya bazasının formalaşdırılması, eləcə də rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi məqsədilə “e-budget.maliyye.gov.az” (Elektron Büdcə Bələdçisi) portalını istifadəyə verib.

Yeni portal dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən institusional və rəqəmsal islahatların tərkib hissəsidir. Platforma dövlət və icmal büdcələrə dair məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını və idarə olunmasını təmin edir.

Elektron Büdcə Bələdçisi vasitəsilə büdcə siyasətinin prinsipləri, büdcə prosesi və qanunvericilik bazası, icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, gəlir və xərclər, dövlət büdcəsinin funksional və iqtisadi təsnifatlar üzrə bölgüsü, büdcə proqramları və digər əsas maliyyə göstəriciləri, həmçinin dövlət borcu və onun idarə olunması ilə bağlı xərclər strukturlaşdırılmış və anlaşılan formada təqdim olunur.

Sistemə inteqrasiya olunmuş analitik və vizual alətlər büdcə göstəricilərinin izlənilməsinə, müqayisəli təhlillərin aparılmasına və məlumatların qrafik təqdimatına imkan yaradır.

Portal beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə Open Budget Survey metodologiyasına və tələblərinə uyğun hazırlanıb. Bu addım büdcə məlumatlarına çıxış imkanlarının genişləndirilməsi, şəffaflıq və hesabatlılığın artırılması istiqamətində atılan tədbirlərin davamı kimi qiymətləndirilir.

Təşəbbüs eyni zamanda rəqəmsal dövlət maliyyəsi modelinin formalaşdırılmasına və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə yönəlmiş mühüm mərhələ hesab olunur.

Related posts

Avropa Mərkəzi Bankı ardıcıl üçüncü ildir ki, zərər açıqlayıb

Çin Mərkəzi Bankından Kəskin Addım – FX Risk Ehtiyat Norması 0%-ə Endirildi

Dövriyyədə olan ödəniş kartlarının sayı 22,2 milyona çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı