Azərbaycan-Rumıniya biznes forumu keçirilib

Sentyabrın 9-da Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO, Rumıniyanın Kovasna Ticarət və Sənaye Palatası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki ölkədən əsasən tekstil sahəsində fəaliyyət göstərən iş adamları, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rumıniya ilə biznes sahəsində əlaqələrin daha da genişləndirilməsi üzərində iş aparıldığını qeyd edib. KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verən Agentlik sədri KOBİA-nın birgə layihələr həyata keçirmək istəyən Azərbaycan və Rumıniya iş adamlarına müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların müəyyən edilməsi kimi istiqamətlərdə dəstək göstərə biləcəyini vurğulayıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı