Home » Azərbaycan-Rusiya İşgüzar Şurası və Həştərxan iş adamları arasında onlayn görüş

Azərbaycan-Rusiya İşgüzar Şurası və Həştərxan iş adamları arasında onlayn görüş

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma


Azərbaycan-Rusiya İşgüzar Şurası və Həştərxan vilayəti Sənaye və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın və Həştərxan vilayətinin iş adamları arasında video-konfrans formatında görüş keçirilib.

Azərbaycan və Rusiya şirkətlərinin, iri ticarət şəbəkələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə kənd təsərrüfatı, balıq sənayesi, gəmiqayırma, tikinti, metallurgiya, logistika  və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov  çıxış edərək ölkəmizin dövlətçilik tarixində mühüm hadisə –  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Orrdusunun sücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıb, münaqişənin tənzimlənməsi prosesində Rusiyanın rolunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni infrastruktur və biznes layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. Bu layihələrdə tərəfdaş ölkələrin şirkətlərinin iştirakı iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaqdır.

 Azərbaycan şirkətlərinin Həştərxan vilayətində investisiya layihələrinin həyata keçirilməsində fəallığını vurğulayan Səməd Qurbanov Azərbaycanın “KDY Logistics” şirkəti tərəfindən iri logistik terminalın yaradılması layihəsini qeyd edib. Bildirilib ki, Həştərxanda birgə sosial layihələr də həyata keçirilir. Bunlar arasında Ulu Öndər Heydər Əliyevin abidəsinin açılması, şəhər bağçasının abadlaşdırılması, məktəbin yenidən qurulması, uşaq bağçasının tikilməsi və bir çox digər layihələr də vardır.

Bütün bunlar Azərbaycan-Rusiya Federasiyası Həştərxan vilayəti əlaqələrinin genişlənməsi, eyni zamanda sahibkarları arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, ticarət və investisiya sahələrində birgə layihələrinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacaq.

Görüşdə çıxış edən  Həştərxan vilayəti sənaye və təbii sərvətlər naziri Denis Afanasyev Həştərxan vilayətinin Azərbaycan Respublikasının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Son illərdə Həştərxanda Azərbaycanın iştirakı, ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə böyük layihənin həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, Həştərxan vilayətinin sahibkarları Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və qarşılıqlı ticarət həcminin artırılması üçün böyük potensial var.

Videokonfrans çərçivəsində biznes dairələri arasında müxtəlif sahələrdə yeni əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.