Azərbaycan Sahibkarlar Konfederasiyası COP29-da bir sıra görüşlər keçirib

COP29 çərçivəsində “Mavi zona”da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq İşəgötürənlər Təşkilatı birgə təmsil olunurlar.

Pavilyon aktiv fəaliyyət göstərir və yaşıl iqtisadiyyata keçid, bu zaman iş yerlərinin ədalətli şəkildə bölüşdürülməsi, yaşıl bacarıqların inkişaf etdirilməsi, bu transformasiyada işəgötürənlərin məsuliyyəti mövzularında panel müzakirələr keçirilir, aktiv görüşlər təşkil edilir.

Noyabrın 19-da COP pavilyonunda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Bəhreyn Palatasının İdarə Heyətinin üzvü, Beynəlxalq İşəgötürənlər Təşkilatının vitse-prezidenti xanım Sonya Canahi, Beynəlxalq İşəgötürənlər Təşkilatının Maraqlı Tərəflərin Əlaqələndirilməsi üzrə müdiri Stefani Vinet ilə görüş keçirib.

Konfederasiya prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir və qeyri-neft sektorunun inkişafı istiqamətində bir neçə xüsusi proqramlar icra edir. Azərbaycanın özünəməxsus iqlimə malik olduğunu vurğulayan M.Musayev bioloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üzrə imkan və potensiallar haqqında geniş məlumat verib. Ölkəmizin təmiz və halal kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı böyük perspektivlərini vurğulayıb.

Related posts

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı