Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Serbiya Ticarət və Sənaye Palatası arasında saziş imzalanıb - BBN

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Serbiya Ticarət və Sənaye Palatası arasında saziş imzalanıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Serbiya Ticarət və Sənaye Palatası (CCIS) arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Sazişi imzalanıb.

Ölkəmizin ixracat və investisiya potensialının artırılması, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə ASK-nın xarici əlaqələr üzrə müəyyən edilmiş prioritetlərinə uyğun olaraq, digər ölkələrdə mövcud olan biznesə dəstək təşkilatları ilə əməkdaşlığın genşləndirilməsi davam etdirilir.

Belə ki, Serbiyada fəaliyyət göstərən biznes dairələri ilə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, eləcə də ölkəmizdə mövcud olan sahibkarlıq subyektlərinin ixracat-idxalat potensialının və hər iki ölkədə investisiya qoyuluşlarının artırılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Serbiya Ticarət və Sənaye Palatası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Sazişi imzalanıb. Sazişə əsasən, ASK və CCIS tərəfindən qarşılıqlı biznes missiyaların, sərgilərin və işgüzar forumların keçirilməsi, potensial layihələrin birgə reallaşdırılması, həmçinin, məlumat mübadiləsi və ya mütəxəssislər vasitəsilə qabaqcıl təcrübənin öyrənilməsi planlaşdırılır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı