Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Sahibkarlar Konfederasiyasının Belarus Respublikası üzrə nümayəndəsi təyin olundu - BBN

Azərbaycan Sahibkarlar Konfederasiyasının Belarus Respublikası üzrə nümayəndəsi təyin olundu

Vasif Sultan oğlu İsmayılov 2024-cü ilin 15 martında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Belarus Respublikasındakı nümayəndəsi vəzifəsinə təyin edilmişdir.

Vasif İsmayılov 1972-ci ildə indiki Ermənistanın Göyçə mahalının Şəfəq kəndində dünyaya göz açıb. Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.  O, 2017-ci ildə Azərbaycan Respublikasının xaricdə ilk – Azərbaycanın Belarus Respublikasındakı Ticarət Evinin təsisçisi olmuşdur, hazırda da onun rəhbəridir.

V.İsmayılov Minskdə və Mogilyovda çoxsaylı binalar, 2013-cü ildə Belarusun Azərbaycandakı səfirliyinin komplekslərini inşa etmişdir. O, həmçinin 2017-ci ildə Azərbaycanda tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalına, 02.02.2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalına layiq görülmüşdür.

Belarus və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafına verdiyi böyük töhfəyə görə Vasif İsmayılov “Şərəf” ordeninə layiq görülmüşdür. Bu qərar Belarus Prezidentinin 21 noyabr 2019-cu il tarixli Fərmanında öz əksini tapmışdır.

Vasif İsmayılov 1998-ci ildən bu günədək “Ulu Göyçə” şirkətinin rəhbəri kimi fəaliyyət göstərir.

2003-cü ildən Azərbaycan Sambo Federasiyasının I vitse-prezidenti, 2024-cü ilin fevralından Azərbaycan Boks Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

Related posts

“Big Mac” indeksinə görə Azərbaycan manatı dollara qarşı 36 % ucuz qiymətləndirilir

Ekspert: Neftin qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına 2,2 mlrd. manat əlavə vəsait gətirir

Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı