Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan “S&P Global Ratings” ilə əməkdaşlığı müqavilə öhdəlikləri olmadan davam etdirəcək - BBN

Azərbaycan “S&P Global Ratings” ilə əməkdaşlığı müqavilə öhdəlikləri olmadan davam etdirəcək

Azərbaycan “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığını müqavilə öhdəliklərindən kənar (“unsolicited rating”) şəkildə davam etdirməyi planlaşdırır.

Maliyyə Nazirliyinin məlumatına görə, ölkə 2000-ci ildən etibarən beynəlxalq kapital bazarlarına çıxışı asanlaşdırmaq, borclanma prosedurlarını tənzimləmək və beynəlxalq maliyyə dairələrinin etimadını gücləndirmək məqsədilə aparıcı kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir. Bu müddətdə “Fitch”, “S&P Global Ratings” və “Moody’s” tərəfindən Azərbaycanın suveren kredit reytinqi həm ödənişli, həm də ödənişsiz əsaslarla qiymətləndirilib.

Beynəlxalq təcrübəyə uyğun olaraq, son 5 ildə Azərbaycan suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik — “Fitch” və “S&P Global Ratings” — üzrə rəsmi müqavilə çərçivəsində, “Moody’s” ilə isə müqaviləsiz əsaslarla həyata keçirib.

Nazirlik bildirir ki, son illər Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət trendlər nəticəsində ölkənin suveren kredit reytinqi yüksəlib və artıq həm “Fitch Ratings” (2024-cü il), həm də “Moody’s Ratings” (2025-ci il) tərəfindən investisiya dərəcəsinə qaldırılıb. Reytinqlər müvafiq olaraq “BBB-” və “Baa3” səviyyələrinə yüksəldilib, proqnozlar isə “stabil” və “müsbət” kimi qiymətləndirilib.

Hər iki agentlik Azərbaycanın güclü fiskal mövqeyini, yüksək xarici valyuta aktivlərini, aşağı dövlət borcunu və müsbət büdcə göstəricilərinin iqtisadiyyatı xarici şoklara qarşı dayanıqlı etdiyini vurğulayır.

Nazirlik qeyd edir ki, beynəlxalq təcrübəyə uyğun olaraq rəsmi müqavilə üzrə ödənişli əməkdaşlıq yalnız iki agentliklə aparılacaq. Mövcud nəticələr və səmərəli əməkdaşlıq nəzərə alınaraq, ödənişli əsaslarla “Fitch Ratings” və “Moody’s Ratings” ilə əməkdaşlıq davam etdirilir.

“S&P Global Ratings” ilə isə qiymətləndirmənin beynəlxalq kapital bazarlarına çıxış üçün kifayət edən iki reytinq agentliyi çərçivəsində təmin olunduğu nəzərə alınaraq, əməkdaşlıq müqavilə öhdəlikləri olmadan davam etdiriləcək.

Maliyyə Nazirliyi bildirir ki, növbəti illərdə də Azərbaycanın suveren kredit reytinqinin qiymətləndirilməsi üzrə aparıcı agentliklərlə əməkdaşlıq davam edəcək.

Related posts

2026-cı ilin yanvarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Bakı Fond Birjası-də “Kəpəz” BOKT-un 1 milyon manatlıq istiqrazları yerləşdirilib

Mastercard və Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma dərc edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı