Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan TDT-nin turizmə məsul nazirlərinin 8-ci toplantısında təmsil olunub - BBN

Azərbaycan TDT-nin turizmə məsul nazirlərinin 8-ci toplantısında təmsil olunub

Oktyabrın 11-də Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) turizmə məsul nazirlərinin 8-ci toplantısı keçirilib.
Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə son illərdə Azərbaycana türk dövlətlərindən səfər edən turistlərin sayının artdığını qeyd edib.
O bildirib ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Qırğızıstan, Türkmənistan vətəndaşlarının sayında ardıcıllığa müvafiq olaraq 32%, 59%, 20%, 91%, 78%, 188% artımlar müşahidə edilib. Kənan Quluzadə, həmçinin şəhərlər arasında birbaşa uçuşların sayında da artımın qeydə alındığını və prosesin qarşılıqlı olduğunu diqqətə çatdırıb.
Sədr müşaviri Azərbaycanın 2023-cü ilin sonunadək ümumilikdə 2 milyona yaxın əcnəbi vətəndaşı qəbul edəcəyini, bu rəqəmin 2026-cı ildə 4 milyona çatmasının gözlənildiyini bildirib.
O qeyd edib ki, 2026-cı ildə turizmdən gələn gəlirlərin 10 milyard manata çatdırılması proqnozlaşdırılır.
Bundan əlavə, tədbirdə Şamaxı şəhərinin 2023-ci il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi layihəsi ilə bağlı iştirakçılarına məlumat verilib. Toplantının nəticəsi olaraq 2024-cü il üçün Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının turizm paytaxtı seçilib.
Tədbir oktyabrın 12-də keçiriləcək “Türküstan: Türk Dünyasının Turizm Paytaxtı” beynəlxalq forumu ilə işini davam etdirəcək. Azərbaycan nümayəndə heyəti forumda iştirak edəcək.

Related posts

“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə!

3 ayda dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb

Ölkə banklarının faiz gəlirləri 18%-dək artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı