Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə “Bank mübahisələrinin alternativ yollarla həlli” mövzusunda təlim keçirilmişdir

2023-cü ilin may ayı ərzində Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən banklarla birgə tərəfdaşlıq şəraitində “All about Banking” devizi altında silsilə təlimlər proqramı həyata keçiriləcək.

Təlim proqramında tərəfdaş qismində Azərbaycan Banklar Assosiasiyası, “Kapital Bank” ASC, “Rabitəbank” ASC, “Bank Respublika” ASC və “Yelo Bank” ASC çıxış edəcək.

Belə ki, 11 may 2023-cü il tarixində “All About Banking” silsilə təlimlərin ilk görüşü baş tutmuşdur.

Görüşdə Bank Ombudsmanının məsul katibi, Azərbaycan Banklar Assosiasiyasının layihələr üzrə meneceri, mediator Elçin Həsənov tərəfindən “Bank mübahisələrinin alternativ yollarla həlli” mövzusunda təlim keçirilmişdir.

Təlimdə fiziki şəxslərin istehlak kreditlərinin geri qaytarılması zamanı yaranan mübahisələrin məhkəmədən kənar qaydada həllində Bank Ombudsmanının fəaliyyəti və rolu, ona müraciət qaydaları, həmçinin bankların kommersiya mübahisələri zamanı mediasiyanın əhəmiyyəti, tətbiqi və rolu haqqında tələbələrə məlumat verilmiş, bank mübahisələrinin məhkəmədən kənar qaydada həllinin faydası və üstünlükləri izah edilmişdir.

İnteraktiv formada baş tutan təlimin sonunda aktiv iştirak edən tələbələrə hədiyyələr təqdim olunmuşdur.

Related posts

İqlim sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanıb

Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunub

Dünya bazarında qızıl bahalaşmaqda davam edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı