Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclası keçirilib - BBN

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclası keçirilib

Dekabrın 21-də İstanbulda keçirilən Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclasında turizm sahəsində prioritet əməkdaşlıq məsələləri, ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm təlimləri, biznesin inkişafı və turizm infrastrukturuna investisiyalar, mədəni irsin qorunması sahəsində əməkdaşlıq, marketinq, kommunikasiya və turizm məhsulları, həmçinin növbəti dövr üzrə Birgə Fəaliyyət proqramının hazırlanması və digər məsələlər müzakirə olunub.
Komissiyanın iclasında turizm əlaqələrinin cari vəziyyəti barədə danışılıb, gəlmə və getmə turizmi sahəsində statistik göstəriciləri təqdim edilib, həmçinin 2-ci iclasda qəbul edilmiş tədbirlər planı üzrə həyata keçirilən işlər barədə məlumat verilib.
İclas çərçivəsində turizm sektorunda insan resurslarının inkişafı, turizm və rekreasiya zonalarının yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təcrübə mübadiləsi, beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, tədbirdə mədəni irs obyektlərinin idarə edilməsi, oxşar mədəni irs obyektləri arasında əlaqələrin qurulması, birgə layihələrə başlanması müzakirə edilib.
Tədbir zamanı Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında görüş keçirilib.
Sonda 2023-cil üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş məsələlər qiymətləndirilib və 2024-cü il üçün yeni Birgə Fəaliyyət Planı hazırlanıb. İşçi qrupunun növbəti görüşünün 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

Related posts

“Big Mac” indeksinə görə Azərbaycan manatı dollara qarşı 36 % ucuz qiymətləndirilir

Ekspert: Neftin qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına 2,2 mlrd. manat əlavə vəsait gətirir

Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı